Qırğızıstanın Xarici İşlər naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov Bişkekdə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreevlə görüşüb.

1096339

Görüşdə Türk Şurasına üzv olan dövlətlərin qarşılıqlı fəaliyyəti, Çolpon-Atada keçirilən TDƏŞ-in altıncı Zirvə Görüşündə dövlət başçılarının qəbul etdikləri qərarların icrası ilə bağlı müzakirələr aparılıb.

Söhbət zamanı türk institutlarının formalaşdırılması, bu qurumların səmərəliliyinin artırılması, Türk Şurasının beynəlxalq fəaliyyəti və 2019-cu il üçün planlaşdırılan tədbirlər planı diqqət mərkəzində olub.

Ç.Aydarbekov qeyd edib ki, üzv ölkələr arasında iqtisadi-ticarət, sərmayə qoyuluşu, nəqliyyat-kommunikasiya və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, bu sahələrdə konkret layihələrin həyata keçirilməsinə diqqət artırılmalıdır.

azertag.az

Әlaqәli Xәbәrlәr