“Başlanğıcdan zəmanəmizədək ümumtürk mədəniyyəti” layihəsi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ““Başlanğıcdan zəmanəmizədək ümumtürk mədəniyyəti” layihəsinə başlamağı təklif etdi.

1092246
“Başlanğıcdan zəmanəmizədək ümumtürk mədəniyyəti” layihəsi

  Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Başlanğıcdan zəmanəmizədək ümumtürk mədəniyyəti” layihəsini başlamağı təklif etdi.

  N.Nazarbayev Qazaxıstan Prezident Administrasiyası saytında yayımlanan “Böyük çölün yeddi ucu” başlıqlı məqaləsində Qazaxıstanın bütün türklərin ata yurdu olduğuna toxunaraq “Digər ölkə və bölgələrdəki tarixi proseslərə önəmli töhfələri olan türk tayfa və xalqları dünyanın müxtəlif yerlərinə buradan gedib” deyə yazıb.

  “Başlanğıcdan zəmanəmizədək ümumtürk mədəniyyəti” layihəsini başlamağın vacibliyinə diqqət çəkən Nazarbayev onu da deyib ki, “Bu çərçivədə 2019-cu ildə paytaxt Astanada Dünya Türkoloji Konqresi və müxtəlif ölkələrin muzeylərində qədim türk əsərlərinin sərgiləndiyi “Türk Xalqları Günləri” tədbirləri təşkil edilə bilər”.

  Nazarbayev internet ensiklopediyası olan “wikipedia”da ortaq türk əsərləri tərcümə onlayn  kitabxanasını yaratmağın daşıdığı əhəmiyyəti vurğulayaraq bu barədə Qazaxıstanın moderator ola biləcəyini dilə gətirib.

  Türküstanın yeni əyalət mərkəzi olaraq tanıdılması çərçivəsində şəhərin beynəlxalq arenada gücləndirilməsinin vacibliyini də qeyd edən Nursultan Nazarbayev Qazaxıstanın keçmiş paytaxtının sadəcə qazax xalqının mənəvi mərkəzi deyil, bütün türk dünyası üçün müqəddəs yer olduğunu vurğulayıb. 



Әlaqәli Xәbәrlәr