İstanbul hava limanından Bakıya ilk uçuş, reallaşdı

Prezident Rəcəb Tayyib Ərdoğan və bəzi ölkələrin dövlət və hökumət rəhbərlərinin iştirakı təşkil edilən mərasimlə 29 oktyabrda açılan İstanbul hava limanından xaricə edilən ikinci uçuş Bakıya reallaşdı.

1083933
İstanbul hava limanından Bakıya ilk uçuş, reallaşdı

Bakı Heydər Əliyev təyyarə meydanına saat 9.30da reallaşan ilk uçuşda təyyarədə 121 sərnişin olub. Türk Hava Yolları (THY), Ankara, İzmir, Antalya və Şimali Kipr Türk Respublikasından sonra İstanbul hava limanından beşinci uçuş nöqtəsi olan Bakıya 31 dekabra qədər həftənin hər günü bir uçuş təşkil edəcək

Qeyd edək ki, THY, 2017-ci ilidə 337 min 300 sərnişin daşıdığı Bakıya 2018-ci ilin ilk 10 ayında 337 min sərnişin daşıyıb. Bu da ötən ilin müvafiq dövrünə müqayisədə cari ildə sərnişin sayında 7% artım olduğunu göstərir.

Demək olar ki, 1991-ci ildə başlayan və 27 ildir fasiləsiz davam edən uçuşlar, Türkiyə ilə Azərbaycan arasındakı milli və mənəvi bağların daha da möhkəmlənməsində körpü vəzifəsi görür.



Әlaqәli Xәbәrlәr