ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycandadırlar

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.

1079782
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycandadırlar

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Həmsədrlər oktyabrın 29-da Ermənistanda danışıqlar aparmışdılar.
 
 Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc yollarla həll edilməsini təşviq və tərəflər arasında vasitəçilik etmək məqsədilə 1992-ci ildə yaradılıb.
 
 Həmsədrləri Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarının apardığı ATƏT-in Minsk Qrupu, 26 il ərzində bir sıra təşəbbüsünə baxmayaraq Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konkret nəticələr əldə edə bilməyib.

 



Әlaqәli Xәbәrlәr