Alimlər İmam Maturi fəlsəfəsini müzakirə etmək üçün Ankaraya toplaşdı

Türk Dünyası Parlament Fondunun keçirdiyi "İtmiş Aydınlaşmanın izində: İmam Maturidi Seminarı ("Kayıp Aydınlanmanın izinde; İmam Maturidi Çalıştayı") oktyabrın 26-sı paytaxt Ankarada başladı.

1076323
Alimlər İmam Maturi fəlsəfəsini müzakirə etmək üçün Ankaraya toplaşdı

Alimlər əsrin problemlərinə işıq sala biləcək İmam Maturi fəlsəfəsini müzakirə edir.

  Türk Dünyası Parlament Fondunun keçirdiyi "İtmiş Aydınlaşmanın izində: İmam Maturidi Seminarı ("Kayıp Aydınlanmanın izinde; İmam Maturidi Çalıştayı") oktyabrın 26-sı paytaxt Ankarada başladı.

  Üç gün davam edəcək seminarda ölkə içi və xaricindən gələn 50 alim fikirləri ilə İslam dünyasına istiqamət verən İmam Maturidinin ağıl, iradə, ədalət və hikmət üzərində qurulmuş fəlsəfəsini müzakirə edir.

  Tədbirin açılışında iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəlı Yıldırım deyib:

  “Müsəlmanlar böyük bir mədəniyyət meydana gətirib. Bu mədəniyyət təcrübəsinin bir hissəsi mövcud qərb mədəniyyətinin bazasını yaradıb. İmam Maturidi kimi kəşf etməmiz lazım olan çox sayda dəyərimiz var. Mədəniyyətimizi yenidən inşa etmək üçün itmiş dəyərimiz olan İmam Maturidinin pəncərəsindən baxaraq ağla, biliyə, ədalətə, əxlaqa və hürriyyətə yenidən baxmalıyıq.”

  Seminarın İcra Heyətinin sədri Abdulla Çalışkan da çıxış edərək İmam Maturidinin fəlsəfəsinin əsrin problemlərinə işıq salacaq bir rola malik olduğunu vurğulayıb.

  Tədbirin media dəstəkçisi Türkiyə Radio Televiziya Qurumudur (TRT).

  Seminarın sessiyaları 27 oktyabra qədər davam edəcək.  



Әlaqәli Xәbәrlәr