İlham Əliyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib.

1075280
İlham Əliyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib.

Azәrbaycan Prezidenti İlham Әliyev Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında mühüm rol oynayır.

İlham Әliyev  qeyd etdi ki, uzun illərdir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistan tərəfindən işğal edilib və bu işğalın nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanın bu işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına əyani bir sübutdur.

Azәrbaycan Prezidenti İlham Әliyev  qeyd edib  ki, Azәrbaycanın  ərazi bütövlüyü bərpa olunmalıdır və Azərbaycan ümid edir ki, Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti praktiki nəticələr verəcəkdir.

Digər sahələrdə əlaqələrə toxunan Azәrbaycan Prezidenti  qeyd edib ki,  ABŞ-ın bir çox şirkətləri uzun illərdir investor və podratçı qismində Azərbaycanda enerji və qeyri-enerji sektorlarında uğurlu fəaliyyət göstərirlər. Energetika sahəsində Azərbaycan ilə ABŞ arasında yüksək səviyyədə əməkdaşlıq həyata keçirilir ki, bunun da nəticəsində nəhəng qlobal layihələr reallaşır. Bu da öz növbəsində regional inkişafa öz töhfəsini verir. Prezident İlham Əliyev bildirdi ki, bu layihələr sırasında “Cənub Qaz Dəhlizi” layihəsi böyük önəm daşıyır.

Azәrbaycan Prezidenti İlham Әliyeev  “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Qəbula görə minnətdarlığını bildirən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana ilk səfərindən məmnunluq hissi keçirdiyini qeyd etdi.Azərbaycanla münasibətlərin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayan Con Bolton siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə də əlaqələrin önəminin artdığını bildirdi.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə edildi.

Con Bolton sәfәri çәrçivәsindә Azәrbaycanın Xarici İşlәr naziri Elmar Mәmmәdyarov vә SOCAR-ın prezidenti Rövnaq Abdullayevlә dә görüşüb.



Әlaqәli Xәbәrlәr