Türkiyədə ilk Strateji İnvestisiya Təşviq layihəsi

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, müvafiq rəsmi idarə və təşkilatların nümayəndələri, enerji şirkətlərinin rəhbərləri və yüksək səviyyəli məmurlar iştirak edəcək.

1071339
Türkiyədə ilk Strateji İnvestisiya Təşviq layihəsi

  Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın iştirakı ilə SOCAR Türkiyə tərəfindən inşa edilmiş "Star Rafinerisi”nin (Star Neftayırma Zavodu) açılış mərasimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsilə 19 oktyabrda İzmirin Əliağa rayonunda həyata keçiriləcək.

  Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, müvafiq rəsmi idarə və təşkilatların nümayəndələri, enerji şirkətlərinin rəhbərləri və yüksək səviyyəli məmurlar iştirak edəcək.

  Türkiyədə özəl sektorun ən böyük investisiyalarından biri olan Star Neftayırma Zavodu Avropa, Orta Şərq və Şimali Afrika regionunda son illər reallaşdırılan ən böyük neft qurumlarından biridir. Zavod Türkiyədə ilk Strateji İnvestisiya Təşviq layihəsi sayılır.

  Mərasimdən sonra hər iki ölkə prezidentlərinin ikitərəfli görüşləri olacaq.



Әlaqәli Xәbәrlәr