TRT Azərbaycanda ilin ən yaxşı xarici yayım təşkilatı seçildi

Türkiyə Radio Televiziya Qurumu (TRT) Azərbaycanda ilin ən yaxşı xarici yayım təşkilatı seçildi.

1071390
TRT Azərbaycanda ilin ən yaxşı xarici yayım təşkilatı seçildi

 Azərbaycanın müstəqilliyini yenidən qazanmasının 25-ci ildönümü münasibətilə paytaxt Bakıda tədbirlər keçirilir.
 
Özəl yayım şirkətinin təşkil etdiyi "Müstəqillik Günü" gecəsində ilin ən yaxşı idmançıları və media qurumları təltif olundu.
 
 Zəngin məzmunlu proqram və xəbərləri ilə Azərbaycan tamaşaçısının könlünü fəth edən TRT ilin ən yaxşı xarici mətbuat orqanı seçildi.
 
 TRT Bakı Nümayəndəliyinin tərkibində uğurlu işlərə imza atan əməkdaşı Nailə Əkbərova da mükafata layiq görüldü.
 
 Gecədə Azərbaycanın müstəqilliyindən bəhs edən sənədli film nümayiş olundu.
 
 



Әlaqәli Xәbәrlәr