Özbəkistanın ən böyük külək enerjisi stansiyası Türk şirkətə əmanət

“Etka co enerji” adlı Türk şirkəti Özbəkistanın cənubundakı Surhanderya vilayətində 600 meqavat tutumlu külək stansiyasının tikinti işlərini üzərinə götürdü.

1060741

Tikinti işlərinin 2020-ci ildə tamamlanması gözlənilən stansiya üçün 500 milyon dollar sərmayə qoyulacağı planlaşdırılır.

Fəaliyyətə başlayacağı zaman ölkənin ən böyük külək enerjisi stansiyası olacaq obyektdə illik 2 milyard kilovatsaat elektirik enerjisi istehsal ediləcək və Baysun ilə Şərabad qəsəbələrinin elektirik ehtiyacı ödəniləcək.

Özbəkistan hökuməti daha əvvəl alman “Siəmens” şirkətinin Zarafşan bölgəsində layihə məbləği 100 milyon dollar olan və 2022-ci ildə fəaliyyətə başlayacağı nəzərdə tututan külək enerjisi stansiyasını tikəcəyini açıqlamışdı.

Ölkə miqyasında 50-yə yaxın istilik və su-elektirik stansiyası var. Buralarda illik təqribən 52 milyard kilovatsaat elektirik enerjisi istehsal edilir.  

Әlaqәli Xәbәrlәr