TÜRKSOY-un heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş və digər heyət nümayəndələri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək Fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüblər.

1060122
TÜRKSOY-un heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş və digər heyət nümayəndələri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək Fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüblər.

Görüş zamanı Günay Əfəndiyeva qardaş təşkilat olan TÜRKSOY nümayəndələrinə rəhbəri olduğu qurumun son dövrlərdəki fəaliyyəti haqqında məlumat verib, türk dünyasının ortaq mədəni dəyərlərinin beynəlxalq miqyasda təbliğinin təmin olunması istiqamətində Fond tərəfindən icra olunan müxtəlif layihələr və tədbirlər barədə danışıb. G.Əfəndiyeva eyni məqsədlərə xidmət edən təşkilatların türk dünyası zənginliklərinin təbliğ edilməsinin vacibliyindən söz açıb.

TÜRKSOY baş katibinin müavini Fırat Purtaş bu il 25 illiyi qeyd olunan təşkilatın həyata keçirdiyi əhəmiyyətli tədbirlərdən bəhs edib. O, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək türk dünyasının birliyinə xidmət edən iki qardaş qurum arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Sonda, iki qurumun, türk xalqlarının daha da yaxınlaşması istiqamətində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün il ərzində birgə təşkil olunacaq tədbirlər haqqında fikir mübadiləsi aparılıb, türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi istiqamətində bütövlükdə türk dünyasının birliyi istiqamətində fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

 

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr