"Məqsəd Qarabağın azadlığıdır, başqa heç nə deyil"

Azərbaycan xalqı Dağlıq Qarabağın işğalına etiraz etdi: sentyabrın 29-da Bakıda Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirildi.

1059323
"Məqsəd Qarabağın azadlığıdır, başqa heç nə deyil"
Azerbaycan_mitinq_01.jpg
Azerbaycan_mitinq_02.jpg
baku karabag mitingi2.jpg
baku karabag mitingi1.jpg

  Qarabağ Azadlıq Təşkilatı (QAT) və bəzi siyasi-ictimai xadimlərin təşkil etdiyi mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

  Paytaxt Bakıda Məhsul stadionunda keçirilən mitinqdə qeyri-hökumət təşkilatlarının üzvləri ilə birlikdə minlərlə adam iştirak edib.

  Mitinq Azərbaycan Respublikası himninin oxunması ilə başlayıb.

  Nümayişçilər "Qarabağa azadlıq", "Qarabağ Azərbaycanındır" şüarları atıb.

  Mitinq meydanında Azərbaycanla yanaşı, Türkiyə və Şimali Kipr Türk Respublikasının bayraqları da qaldırılıb.

  Çıxışçılar Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan çəkilməsini tələb edib.

  Mitinqin açılışında çıxış edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı mitinqin təşkilatıçısı olan Qarabağ Komitəsinin fəaliyyətindən danışıb, qurumda tanınmış ictimai-siyasi xadimlərin, siyasi partiyaların, keçmiş döyüşçülərin təmsil olunduğunu bildirərək deyib: “Mitinq bizim məqsədimiz deyil. Mitinq torpaqlarımızın işgaldan azad olunması üçün vasitələrdən biridir. Məqsədimiz Dağlıq Qarabağın işgaldan azad olunması üçün cəmiyyətin fəallığının ən yüksək həddə çatdırılmasıdır… Məqsəd Qarabağın azadlığıdır. Başqa heç bir məqsədimiz yoxdur, ola bilməz. Biz xəcalət işçində yaşayırıq, başımızı dik tuta bilmirik”.

  Akif Nağı beynəlxalq qurumlara xitab edib, onları münqaişənin həlli ilə bağlı Ermənistanın tərəfini tutmaqda ittiham edib. Dağlıq Qarabağ probleminin həlli prosesini aparan ATƏT-in Minsk Qrupu ilə Ermənistanın işğalçı siyasətinə göz yuman böyük dövlətlər tənqid edilib.

  Xatırladaq ki, Ermənistan 1991-ci ildən 1993-cü ilə qədər bir milyon azərbaycanlını yaşadıqları torpaqlarda qətliam və sürgün edərək Dağlıq Qarabağ və Azərbaycanın 7 şəhərini işğal edib. Azərbaycanın 20 faizi Ermənistan işğalı altındadır.



Әlaqәli Xәbәrlәr