Türk və özbək xalqları könül bağlarını və səmimi qardaşlıq hisslərini tarix boyu qoruyub saxlayıblar

Bunu Özbəkistanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım söylədi.

1055635
Türk və özbək xalqları könül bağlarını və səmimi qardaşlıq hisslərini tarix boyu qoruyub saxlayıblar

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım dünən Özbəkistanın paytaxtı Daşkəndə getdi.

  Yıldırım Özbəkistanda görüşlər keçirdi.

Türkiyə Böyük Millət Məclisinin sədri  Özbəkistan Parlamentinin Qanunvericilik Məclisinin sədri Nuriddincan İsmayılovun  təşkil etdiyi ziyafətdə çıxış etdi.
 
Yıldırım çıxışında bunları söylədi: "Türk və özbək xalqları eyni coğrafyada olmasalar da, könül bağlarını və səmimi qardaşlıq hisslərini tarix boyu qoruyub saxlayıblar. Bu səbəbdəndir ki, Özbəkistan müstəqilliyini qazananda onu ilk tanıyan ölkə Türkiyə oldu. Bu gün də hər iki ölkə, hər iki ölkənin xalqları eyni qardaşlıq və həmrəylik nümayiş etdirirlər".
 
Hər iki ölkənin millət vəkillərinin əlaqələrin inkişaf etdirilməsində daha fəal olmalarının vacibliyinə diqqət çəkən Yıldırım:  "Bu potensialı prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və Özbəkistan prezidenti cənab Şövkət Mirziyoyevin birlikdə ortaya qoyduqları siyasi iradə ilə həyata keçirəcəyimizə ürəkdən inanıram" dedi.
 
Özbəkistan senatının sədri Niqmatulla Yoldaşev ilə də görüşən Yıldırım son dövrdə münasibətlərdə nəzərə çarpan irəliləyişlər olunduğunu dilə gətirdi.



Әlaqәli Xәbәrlәr