Türkiyə "Qafqaz İslam Ordusu xatirə markası" buraxdı
Xatirə zərf və markası Türkiyənin Poçt və Teleqraf İdarəsi (PTT) tərəfindən hazırlanıb.
1052919



Qafqaz İslam Ordusunun Azərbaycanın paytaxtı Bakını azad etməsinin 100 illiyi münasibətilə Türkiyənin Poçt və Teleqraf İdarəsi (PTT) tərəfindən xatirə markası hazırlanıb.
Xatirə markası (anma bloku) və zərfi (anma bloku ilkgün zarfı) artıq satışdadır.
Qeyd edək ki, xatirə markasının tirajı 100.000, zərfin tirajı 2.500 ədəddir.