Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Kaliforniyada qeyd edilib

ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərinin tarixi müqəddəs Con Lüteran kilsəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

1037996

Los-Ancelesdəki baş konsulluğumuzdan AZƏRTAC-a bildirilib ki, konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova və pianoçu Aida Elxanzadənin ifalarında Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqi əsərləri səsləndirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi və Sakramentoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Әlaqәli Xәbәrlәr