Azərbaycanlı alim və millət vəkilinin "Türk dünyası" 5 cilddə

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Fəlsəfə doktoru Cavanşir Feyziyevin "Türk dünyası" kitabı beş cilddə işıq üzü görüb.

1036228
Azərbaycanlı alim və millət vəkilinin "Türk dünyası" 5 cilddə

  Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Fəlsəfə doktoru Cavanşir Feyziyevin "Türk dünyası" kitabı beş cilddə işıq üzü görüb.

  Kitab türk cəmiyyətinin bütün gerçəkliyini, türk dünyasının ayrılıq və birləşmə proseslərini əks etdirir.

 Birinci kitabda

·        ümumtürk mədəniyyətinin tarixi təkamülü və əsas dəyərləri,

·        türk dilləri ailəsi,

·        ümumtürk tarixi, mədəniyyəti, siyasət və diplomatiyası,

·        türklərin azad həyat tərzi, adət-ənənələri, qlobal-multikulturalist dünyagörüşü və müasir dünyadakı mövqeyi təsvir olunur.

  İkinci kitabda

·        Ümumtürk etnocoğrafiyası,

·        qədim türk tayfaları və boyları,

·        müasir türk xalqları və cəmiyyətləri,

·        türk diasporları, onun təşkilatlanması, problemləri,

·        ümumtürk qurumlarının inteqrasiya prosesindəki rolu işıqlandırılır.

  Üçüncü kitabda

·        türklərin dövlətçilik tarixi və geneologiyası,

·        qədim türk dövlətləri və imperiyaları,

·        müstəqil türk respublikaları və onların bir-biri ilə münasibətləri,

·        başqa dövlətlərin daxilindəki muxtar türk respublika və vilayətləri izah olunur.

  Dördüncü kitabda

·        türkşünaslığın çağdaş problemləri,

·        türkçülük ideologiyası və nümayəndələri,

·        türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analtikası,

·        türklərin kimliyi mövqeyi,

·        müasir türk dünyasının inkişaf potensialı və perspektivləri haqqında konkret məlumatlar yazılıb.

  Beşinci kitabda isə

·        türk dünyasının qabaqcıl şəxsiyyətlərinin dövlət, siyasət, elm, mədəniyyət və ədəbiyyat sahəsindəki xidmətlərindən danışılır.

  Qeyd edək ki, azərbaycanlı alim və millət vəkili Cavanşir Feyziyevin müəllifi olduğu və bundan əvvəl - 2013-ci ildə çıxan "Türk dövlətləri birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı ana dilindən başqa, Türkiyə türkcəsi, qazax, qırğız, rus və boşnak dillərinə də tərcümə edilərəh çap olunub.



Әlaqәli Xәbәrlәr