Türk İslam ölkələri parlamentlərinə Türkiyəyə dəstək çağırışı

Türk Dünyası Parlament Birliyindən türk İslam ölkələri parlamentlərinə Türkiyəyə dəstək çağırışı.

1033625
Türk İslam ölkələri parlamentlərinə Türkiyəyə dəstək çağırışı

   Türk Dünyası Parlament Birliyinin sədri Nail Çələbi deyib: "Türkiyə respublikası və müsəlman türk xalqlarını hədəfə alaraq ölkəni çətin vəziyyətə salmaq istəyən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın əxlaqi olmayan iqtisadi və siyasi oyunlarını ən kəskin şəkildə qnıayırıq. ABŞ özünü dünyanın sahibi hesab edərək hər ölkəni udmağa çalışır. Reaksiya verilməzsə, sıra ilə bütün türk soylu ölkələr bu “udma siyasəti”nə məruz qalacaq. Türk Dünyası Parlament Birliyi Türkiyə hökumətinin ABŞ-ın sanksiya qərarına qarşı müvafiq cavablarının son dərəcə yerində olduğu qənaətindədir. Prezidentimiz və iqtisadi rəhbərliyimizin verdiyi qərarların tərəfindəyik. Biz bütün türk parlamentlərinə də səsləndik “İndi türk dünyasının birlik vaxtıdır” deyə. Türk Dünyası Parlamentlər Birliyinə üzv ölkələrin deputatları da çağırışımıza məktublarla dəstək verdilər. Türkiyə cümhuriyyətinin xalqı, soydaş ölkələrin dəstəyi və duası ilə bu iqtisadi müharibədə qazanacağına inanırıq.”



Әlaqәli Xәbәrlәr