Türkmənistan Xarici İşlər Nazirliyinin heyəti Şimali Koreyada görüşlər keçirib

Nazirliyin açıqlamasına əsasən, 25-26 iyul tarixlərində Şimali Koreyanın paytaxtı Pxenyanda Türkmənistan və Şimali Koreya Xarici İşlər nazirləri heyətləri arasında siyasi məsləhətləşmələr aparıldı.

1023307

Türkmənistan adından görüşlərdə iştirak edən heyətə Xarici İşlər nazirinin müavini V.Hadjiev, Şimali Koreya heyətinə isə Xarici İşlər nazirinin müavini Sin Honq Kol başçılıq edib.

Görüşdə tərəflər Türkmənistan və Şimali Koreya arasında siyasi, iqtisadi, mədəniyyət sahələrində və beynəlxalq təşkilatlarda ikitərəfli əməkdaşlıq mövzularından danışıblar.

Tərəflər Pxenyanda keçirilən siyasi məsləhətləşmələrin iki ölkənin xalqları arasında dostluq əlaqələrini gücləndirməkdə və hər sahədə Türkmən-Koreya əməkdaşlığını inkişaf etdirməkdə böyük rol oynacağına olan inamlarını dilə gətiriblər. 

Görüşlərdə aprel ayında Şimali Koreyanın Xarici İşlər naziri Lee Yonq Honun Türkmənistana reallaşdırdığı səfəri zamanı imzalanan sazişlərin tətbiq edilə bilməsi üçün iki tərəfin də fəal olaraq işlədiyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr