Türkiyə və Azərbaycan diaspor təşkilatları əməkdaşlıq edəcək

Türkiyə və Azərbaycan diaspor təşkilatları birgə fəaliyyət göstərmək barədə razılıq əldə etdi.

1006500
Türkiyə və Azərbaycan diaspor təşkilatları əməkdaşlıq edəcək

Türkiyə və Azərbaycan diaspor təşkilatları birgə fəaliyyət göstərmək barədə razılıq əldə etdi.

Bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

İlk səfərini 22-26 may tarixlərində qardaş ölkə Türkiyəyə  etdiyini xatırladan Muradov həm Türk rəsmilərlə həm də Türkiyədə yaşayan Azərbaycanlılarla görüşdüyünü bildirib.  bildirdi.

Rusiya Federasiyası Astrahan əyalətinə və  Gürcüstana da səfər etdiyini deyən Muradov Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü münasibətilə təşkil edilən tədbirdə çıxış edib.

Muradovun sözlərinə görə, bununla bağlı görüşlər keçirilib və razılıq əldə edilib: "Biz Türkiyə və Azərbaycan diasporlarının, xaricdə və digər ölkələrdə yaşayan təşkilatların birgə fəaliyyəti istiqamətində artıq razılığa gəlmişik. Bu gün Türkiyə və Azərbaycanda əmin-amanlıq var. Bu əmin-amanlığı qoruyub saxlamalıyıq. Bu baxımdan istər Azərbaycanda yaşayan türk qardaş və bacılarımız, istərsə də Türkiyədə yaşayan azərbaycanlılar özlərini rahat hiss edirlər. Azərbaycanlılar orada bir çox sahələrdə böyük nailiyyətlərə imza atıblar. Əməklığımızı gücləndirəcəyimiz təqdirdə bacara bilməyəcəyimiz heç nə olmaz".



Әlaqәli Xәbәrlәr