Mingəçevir İstilik Elektrik Stansiyası alışdı

Azərbaycan işıqsız qaldı...

1004440
Mingəçevir İstilik Elektrik Stansiyası alışdı

    2 iyuldan 3-ünə keçən 00:20 radələrindən Azərbaycanda işıqlar sönüb.

    Mingəçevir İstilik Elektrik Stansiyasında generatorlardan birində problem yarandığı bildirilir. Hüquq-mühafizə orqanları və əlaqədar qurumların rəhbər şəxsləri hadisə yerinə gedib. Faktla əlaqədar təxirəsalınmaz tədbirlər görülür.

  Qəza Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) 1-ci Abşeron xəttində 6-cı blokda generatorların birində alışma baş verib. Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub, 6-cı blok və  yarımstansiyada baş verən yanğın söndürülüb. Yanğın dərhal söndürülsə də, ölkə ərazisində elektrik enerjisinin verilməsi dayanıb. Enerjinin bərpası üçün ilk cəhd uğursuz olub. Bərpa istiqamətində tədbirlər görülür.

  Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.



Әlaqәli Xәbәrlәr