"ABŞ hökuməti Əfqanıstanda sülhlə bağlı proseslərdə iştirakına görə Azərbaycana minnətdarlıq edir"

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının Bakıda keçirilməsinin heç də təsadüfi olmadığını deyib.

1002530
"ABŞ hökuməti Əfqanıstanda sülhlə bağlı proseslərdə iştirakına görə Azərbaycana minnətdarlıq edir"

“ABŞ Azərbaycana və Prezident İlham Əliyevə  Əfqanıstanda gördüyü işlərə görə təşəkkür edir. Azərbaycan, Əfqanıstanın regiona iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır”.  Bu barədə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels keçirdiyi brifinqdə belə bir bəyanatla çıxış edib. O, Azərbaycanın bu sahədə müstəsna rol oynadığını bildirib.

Səfərinin nəticələri ilə bağlı keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels bildirib ki, Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır. “ABŞ Azərbaycana, Prezident İlham Əliyevə  Əfqanıstanda gördüyü işlərə görə təşəkkrür edir” deyən  departament rəsmisinin sözlərinə görə,  iqtisadi cəhətdən əməkdaşlıq edərək Əfqanıstanın inkişafına təkan vermək məsələsində Azərbaycan müstəsna rol oynayır.

"Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna 50-dən çox dövlətin təmsilçisinin daxil dolduğunu xatırladan Alis Uels Bakı görüşündə də məqsəd Əfqanıstan və bu ölkədən kənarda sülh və təhlükəsizliyə dair hədəflərə nail olmaqdır" deyə bildirən ABŞ rəsmisi Bakıda tədbirin Əfqanıstan hakimiyyəti ilə “Taliban” arasında atəşkəs əldə olunandan sonra keçirilən ilk görüş olduğuna  da diqqət çəkib.

azertag.az

 



Әlaqәli Xәbәrlәr