Azərbaycan prezidenti Türkiyənin müdafiə nazirini və Baş Qərargah rəisini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə  Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarı və Türkiyənin müdafiə naziri Nurettin Caniklini qəbul edib.

1000109

Dövlət başçısı Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə bağlı təbriklərini çatdıraraq deyib ki, bu, Türkiyə prezidentinin rəhbərliyi ilə son illər görülmüş işlərə xalqın verdiyi qiymətin yüksək təzahürüdür. Prezident Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın, müdafiə naziri Nurettin Caniklinin və qardaş Türkiyə hərbçilərinin Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş paradda iştirakından məmnunluğunu vurğulayıb. Prezident İlham ƏliyevAzərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

H. Akar və N. Canikli Azərbaycanda keçirilən prezident seçkilərində dövlət başçısını qazandığı qələbə münasibətilə təbrik ediblər və Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş paradda iştirak etmələrindən şərəf hissi duyduqlarını bildiriblər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: APA

Әlaqәli Xәbәrlәr