Prezident İ.Əliyev hərbi hissənin açılışına qatılıb
Azərbaycan Prezidenti İlham Əliyev, POLONEZ və LORA uzun mənzilli raketlər yerləşdiriləcək hərbi hissənin açılışında iştirak edib.
Prezident administrasiyasından yayılan şərhdə, Bakı yaxınlığında inşa edilən hərbi hissənin açılışında Prezident Əliyev, Müdafiə naziri Zakir Həsənov və Baş qərargah Başçısı Nəcməddin Sadıkov iştirak edib.
36 hektar ərazi üzərində inşa edilən hərbi hissə haqqında cənab əlayevə məlumat verilib.
Açılışı reallaşdırılan hərbi hissədə, Belarus istehsalı raket kompleksləri olan POLONEZ ilə İsrail istehsalı LORA yerləşdiriləcək. Onun maksimal atış uzaqlığı 300 kilometrə, çəkisi 780 kiloqramdır. Zərərvurma radiusu 80 metr olan “Polonez”in maksimal uçuş müddəti saniyədə 310 metdir. Bir döyüş maşınında 8 raket var.
Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan Lora raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur.
Hər bir mərmisi min 580 kiloqram ağırlığındakı LORA mərmi sistemlərində isə 4 mərmi iştirak edir.