Özbəkistan elektromobil və pilotsuz avtomobillər istehsal etmək niyyətindədir

Bunu Özbəkistanın “Uzavtosanoat” Səhmdar Şirkətinin İdarə Heyətinin sədri Umidjan Salimov bildirib.

984894
Özbəkistan elektromobil və pilotsuz avtomobillər istehsal etmək niyyətindədir

Özbəkistan elektromobil və pilotsuz avtomobillər istehsal etmək niyyətindədir.

Bunu Özbəkistanın “Uzavtosanoat” Səhmdar Şirkətinin İdarə Heyətinin sədri Umidjan Salimov bildirib.

O deyib: “Biz Daşkənddəki Turin Politexnik Universitetinin (TPU) nəzdindəki İnnovasiya Mərkəzində elektromobil istehsalı ilə məşğul olan xüsusi qrup yaratmışıq. Hazırda elektromobilin istehsal konstruksiyası üzərində iş gedir. Bundan əlavə, elektromobil istehsal edən potensial tərəfdaşlarla danışıqlar aparılır. “Shevrolet Bolt” və Çinin “JAS” elektromobillərindən iki ədəd sınaq testləri üçün Daşkəndə gətiriləcək. Elektromobil adi avtomobillərdən çox fərqlənir. Onun istifadə xərcləri avtomobildən səkkiz dəfə azdır, texniki xidmət də ucuz başa gəlir”.

U.Səlimov vurğulayıb ki, TPU-da ilk pilotsuz avtomobillərin layihəsi də hazırlanır. Layihə “Uzavtosanoat” və Rusiyanın iki şirkəti tərəfindən maliyyələşdirilir.

azertag.az



Әlaqәli Xәbәrlәr