Qırğızıstan keçmiş baş naziri Sapar İsakova qarşı korrupsiya ittiham irəli sürülüb

Korrupsiya istintaqlarını icra edən Milli Təhlükəsizlik Dövlət Komitəsi, 8 ay Baş nazirlik kreslosunda oturan və Aprel ayında məclis tərəfindən vəzifəsindən kənarlaşdırılan 40 yaşlı Sapar İsakov haqqında korrupsiya ittihamı ilə məhkəmə işi qaldırılıb.

982231
Qırğızıstan keçmiş baş naziri Sapar İsakova qarşı korrupsiya ittiham irəli sürülüb

İsakov, eks prezident Almazbek Atambayev iqtidarı dövründə xarici əlaqələr üzrə idarənin rəhbəri işlədiyi dövrdə, Bişkek Mərkəzi ısitmə sisteminin bərpa proyektinə dair tenteri xarici bir şirkətin qazanmasına imkan yaradmaq üçün siyasi nüfuzunu istifadə etməkdə ittiham edilir.

Baş nazirin vəzifəsindən kənarlaşdırıldıqdan sonra üç dəfə məhkəmədə dindirilən İsakovun ölkədən ayrılması qadağan edilib.

Qırğızıstan prezidenti Sooronbay Ceenbekov, dünən ofisində qəbul etdiyi Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri İdris Kadırkulovdan korrupsiyaya qarşı təsirli mübarizə etməsini tələb etmişdi.

 



Әlaqәli Xәbәrlәr