"Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə üçün bir ilham mənbəyi oldu", N.Çələbi

Türkiyə və xüsusilə paytaxt Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı qeyd edilməkdə davam edir.

982545
"Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə üçün bir ilham mənbəyi oldu", N.Çələbi

   Türk Dünyası Parlament Birliyi də Azərbaycan respublikasının 100 illiyini təbrik etdi: birliyin sədri Nail Çələbi başçılıq etdiyi nümayəndə heyətilə Ankaranın Əsri (Cəbəci) Məzarlığında uyuyan, Azərbaycan Cümhuriyyət alovunu 100 il əvvəl yandıran, dövlətin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin məzarına baş çəkdi.  

  Məzara əklil qoyan heyət M.Ə.Rəsulzadəni rəhmət və minnətdarlıqla xatırlayaraq çıxışlar etdi.

  Türk Dünyası Parlament Birliyinin sədri Nail Çələbi dedi: “1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti bugünkü Türkiyə Cümhuriyyətinin ilham mənbəyi oldu. Rəsulzadə, sözün əsil mənasında, böyük bir liderdir. O, 23 ay ərzində demokratik və çoxpartiyalı respublikanın ən gözəl nümunəsini yaratdı. Türk dünyasına latın əlifbasını gətirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövlətin milli kimliyini türk və dilini Azərbaycan türkcəsi olaraq təsdiq etdi. Bunlar bugünkü müasir Türkiyənin ilham mənbəyi oldu. Bu gün byük öndər Məhəmməd Əmin Rəsulzadəni bir daha rəhmət və minnətdarlıqla yad edirik: ruhun şad, məkanın cənnət olsun, böyük lider. Və neçə-necə 100 illər yaşayasan, can Azərbaycan.”

  Səfir Hulusi Kılıç isə M.Ə.Rəsulzadənin  “Bir dəfə yüksələn bayraq bir daha enməz” sozlərini vurğulayaraq bunun bütün məzlum millətlərin şüarı olduğunu söylədi: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı münasibətilə Azərbaycan və bütün türk dünyasının qürur gününü təbrik edirəm.”

   Qeyd edək ki, Azərbaycan və Türkiyə diplomatları, müşavir və digər nümayəndələr Ankarada Azərbaycanın böyük öndəri Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət edib və etməkdədir.



Әlaqәli Xәbәrlәr