Azərbaycanlı rejissorun filmi Türkiyədə “Qızıl çinar” mükafatına layiq görüldü

Rejissor Ərturan Nəcəfi Gölün “Səs” filmi Türkiyədə keçirilən 6-cı Kayseri Beynəlxalq film festivalında “Qızıl çinar” - ən yaxşı qısametrajlı film mükafatına layiq görülüb.

978164
Azərbaycanlı rejissorun filmi Türkiyədə “Qızıl çinar” mükafatına layiq görüldü

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Gənc sinemaçılar klubu”nun üzvü, rejissor Ərturan Nəcəfi Gölün “Səs” filmi Türkiyədə keçirilən 6-cı Kayseri Beynəlxalq film festivalında “Qızıl çinar” - ən yaxşı qısametrajlı film mükafatına layiq görülüb.

Filmin rejissor və ssenaristi Ərturan Nəcəfi Göl, operatoru Mehdi Meyməndi, prodüseri Fariz Əhmədovdur.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr