RTÜK-ün “Gələcəklə Əlaqə” seminarı Özbəkistanda keçirildi

Radio və Televiziya Ali Şurasının (RTÜK) hər il təşkil edilmən sayca onuncu olan "Gələcəklə Əlaqə Seminarları"nın onuncusu bu il Özbəkistanın Daşkənd, Səmərqənd və Buxara şəhərlərində reallaşdırıldı.

976180

"Mədəni dəyərlərimizin təqdimatında Medianın Rolu: Özbəkistan Örnəyi" mövzusunda baş tutan seminarda 15 fərqli ölkədən 30 tələbə iştirak edib və Özbəkistan ilə əlaqədar 30 məruzə təqdim edilib. Bundan əlavə Manas Universiteti Jurnalistika Fakültəsindən də 5 tələbə tamaşaçı olaraq dəvət edilib.

RTÜK Başçısı Prof. Dr. İlhanYerlikaya və Gələcəklə Əlaqə Layihəsinin rəhbəri Radio-Televiziya Şurası Üst Məclisin üzvü Arif Fırtına ilə yanaşı Ali şuranın üzvləri dos. Həmid Ersoy, İlhanTaşçı, İsmət Demirdöğen, NurullahÖztürk və TahaYücel də iştirak edərək iclaslarda çıxışlar ediblər.

Seminara Türkiyənin Daşkənd səfiri Əhməd Başar Şen, TİKA Daşkənd kordinatoru Dr. Ali İhsan Çağlar başda olmaqla çox sayda təşkilat və şirkət nümayəndəsi, həmçinin Özbəkistan Cihan Dilləri Universiteti və Özbəkistan Beynəlxalq Mətbuat Klubu nümayəndələri də qatılıb.

Türkiyədən Prof. Dr. Naci İspir, Prof. Dr. Cemal Ağırman, Prof. Dr. Mete Çamdereli və Dos. Yaşar Zorlu ilə Qırğızıstanın Manas Universitetindən Prof. Dr. Həmzə Çakır iştirak edərək çıxış ediblər.

Әlaqәli Xәbәrlәr