Azərbaycanın xalq artisti Fuad Poladov vəfat etdi

Azərbaycanın xalq artisti Fuad Poladov mayın 4-də axşam saatlarında dünyasını dəyişib.

964265
Azərbaycanın xalq artisti Fuad Poladov vəfat etdi

Azərbaycanın xalq artisti Fuad Poladov mayın 4-də axşam saatlarında dünyasını dəyişib. 

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. 
 
20 mart 1987-ci ildə "Azərbaycanın xalq artisti" fəxri adını alıb. 
 
Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib. 

Allah rəhmət etsin.

 

 



Әlaqәli Xәbәrlәr