Ərdoğan Şeyx Bahəddinin Buxaradakı türbəsini ziyarət etdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə xanım Özbəkistan prezidenti Şavkat Mirziyoyev və həyat yoldaşı Ziraat xanımın müşayətilə Şeyx Məhəmməd Bahəddin Nəqşibəndinin Buxaradakı türbəsini ziyarət ediblər.

961837

  Paytaxt Daşkənddəki görüşlərdən sonra Buxaraya keçən hər iki ölkənin prezident heyəti burada mədəni-tarixi yerləri birlikdə gəzmişlər. Şeyx Məhəmməd Bəhaddin Nəqşibəndinin türbəsini gəzərkən alimlər Ərdoğana onun haqqında geniş məlumat vermişlər.

  Türkiyə başçısı və rəsmi heyət türbə kompleksindəki mədrəsəni də gəzərək buradakı qədim əşyalarla maraqlanmışlar.

  Daha sonra Türkiyə və Özbəkistan rəsmiləri Arx Qalası və Poi Kalon Kompleksinə yola düşüblər.  

Әlaqәli Xәbәrlәr