Azərbaycan və Türk diasporları milli suverenlik və uşaq bayramını Stokholmda qeyd ediblər

Azərbaycanın və Türkiyənin İsveçdəki diaspor nümayəndələri Türkiyənın milli suverenlik və uşaq bayramını Stokholmda birlikdə qeyd ediblər.

956046

İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə diaspor fəalları, Azərbaycan səfirliyinin əməkdaşları, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova keçirilən tədbirin əhəmiyyətindən danışıb, onu İsveçdə yaşayan Azərbaycan və Türkiyə diasporları arasında birlik və həmrəyliyin gücləndirilməsi üçün yaxşı fürsət kimi dəyərləndirib.

Tədbir musiqi proqramı ilə davam edib. Azərbaycanlı müğənnilər Sevda Aliverdiyeva və Kamil Cəfərov bəstəkar, xalq və estrada mahnılarını ifa ediblər.

Azərbaycanın milli rəqsləri ilə davam edən mərasim iştirakçıların böyük marağına səbəb olub.

Mənbə: AZƏRTAC

Әlaqәli Xәbәrlәr