XVII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Türkiyəyə böyük maraq

Azərbaycanda keçirilən XVII Beynəlxalq Turizm və Səyahətlər Sərgisindəki (AİTF 2018) Türkiyə stendi gələnlərin böyük marağına səbəb olur.

945938
XVII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Türkiyəyə böyük maraq

Azərbaycanda keçirilən XVII Beynəlxalq Turizm və Səyahətlər Sərgisindəki (AİTF 2018) Türkiyə stendi gələnlərin böyük marağına səbəb olur.
 
 Bakı EXPO Mərkəzində keçirilən sərgidə Türkiyə stendində regionla bağlı müxtəlif broşürlər və hədiyyələr paylanıldı.
 
 Xəttatlıq, ebru, telkari, kazaziyə kimi ənənəvi əl sənətlərinin təqdim olunduğu ekspozisiyada xalq oyunları nümayiş olundu. 
 
 Türkiyənin Bakıdakı Səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri, dosent İrfan Çiftçi mətbuat nümayəndələrinə verdiyi açıqlamada Azərbaycan ilə Türkiyə arasındakı turizm əlaqələrinin çox yaxşı səviyyədə olduğunu, son bir ildə Azərbaycandan Türkiyəyə gələn turist sayının 50 faiz artdığını bildirdi.
 
Çiftçi: "Turizm  sahəsində böyük təcrübəsi olan Türkiyə bu sahəyə yeni girən və bu sahədə inkişaf etmək istəyən Azərbaycanla təcrübələrini bölüşmək istəyir. Nazirliklər arasında təlim və təcrübə bölgüsü məsələsində sıx əməkdaşlıq var" dedi.
 
 Sərgi boyunca müxtəlif konsertlər təşkil edəcəklərini, əl işlərindən nümunələr təqdim edəcəklərini qeyd edən Çiftçi: " Bu sərgidə ən böyük maraq görən Türkiyənin stendidir" dedi.
 
 Bu il 17-ci dəfə keçirilən  Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində 20 ölkədən 277 şirkət iştirak edir.



Әlaqәli Xәbәrlәr