Türk Dünyası Parlament Birliyi 31 mart soyqırımı ilə bağlı mətbuat konfransı keçirdi

Bu gün Türk Dünyası Parlament Birliyi 31 Mart azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə Ankarada mətbuat konfransı təşkil edib.

941364
Türk Dünyası Parlament Birliyi 31 mart soyqırımı ilə bağlı mətbuat konfransı keçirdi

Türk Dünyası Parlament Birliyinin sədri Nail Çələbi erməni silahlı dəstələrinin türklərə qarşı etdikləri soyqırımı lənətləyərək şəhidlərə Allahdan rəhmət diləyib.
Nail Çələbi erməni-bolşevik birlikləri və şəbəkələrinin 31 Martda başlayıb üç gün ərzində başda Bakı olmaqla, onlarla Azərbaycan şəhəri və Qarabağın dağlıq hissəsində 50 min türkü vəhşicəsinə qətl etdiyini vurğulayıb.

Çələbi deyib ki, bu gün Şamaxı, Zəngəzur, Lənkəran, Quba qırğınlarının izlərini görmək mümkündür . Bu insanların günahı nə idi? Bu insanlar yalnız türk olduqları üçün öldürüldü, vəhşicə qətl edildi. Bunu Anadolu, Azərbaycan, Qırğız, Özbək, Türkmən, Qazax türkləri bu ağrını heç unutmayacaq.
Erməni – daşnak vəhşiliyinin son olaraq Xocalıda da özünü göstərdiyini xatırladan Çələbi Qarabağdakı Azərbaycan torpaqlarının 20 faizinin hələ də erməni işğalı altında olduğunu vurğulayıb.
Nail Çələbi 1918-ci ildə Qafqazda Azərbaycan türklərinin fəryadını eşidən Nuri Paşa əmrindəki Türk Qafqaz İslam Ordusu mənsublarını Azərbaycan türklərinin əsla unutmadığını da vurğulayıb: “31 mart 1919-cu ildə Azərbaycan Respublikası Parlamenti bu tarixi azərbaycanlıların soyqırımı günü kimi qəbul edib. Böyük lideri Heydər Əliyev martın 31-i tarixini 1998-ci ildə çıxarılan fərmanla ikinci dəfə azərbaycanlıların Soyqırımı günü elan edib”.



Әlaqәli Xәbәrlәr