Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olundu

Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar və Ankarada səfərdə olan Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş keçirilib.

939528
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olundu

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar və Ankarada səfərdə olan Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş keçirilib.

Görüşdə iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin rolu müzakirə olunub.

Söhbət zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr