Martın 15-də VI Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Ziyafətdə bir sıra ölkələrin dövlət və hökumət başçılarının, eləcə də sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimləri iştirak ediblər.

930817
Martın 15-də VI Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Martın 15-də VI Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Ziyafətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Bir sıra ölkələrin dövlət və hökumət başçılarının, eləcə də sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin iştirak etdikləri ziyafətdə Prezident İlham Əliyev çıxış edərək Forumun açılış sessiyasında və panel iclaslarda müzakirələrin çox maraqlı və məhsuldar keçdiyini deyib. 

Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Reyberqa çıxış edərək  ona göstərdikləri davamlı dəstəyə görə Prezidentə və Birinci vitse-prezidentə təşəkkürünü ifadə edib.

Altıncı Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq altıncı dəfədir baş tutur və budəfəki Forumda beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə edilir.

Qlobal Bakı Forumu artıq ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.

azertag.az



Әlaqәli Xәbәrlәr