Bu gün Azərbaycanda Od çərşənbəsidir
Od çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.
Od çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.
Novruz bayramından əvvəl qeyd edilən dörd çərşənbə axşamı tonqal qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının özünəməxsusluğu ikiqat artır.
Od, tonqal istilik anlayışını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsində qazanlar qaynamalı, evlərdə ocağın üstü boş qalmamalıdır.
Tədqiqatçılar Od çərşənbəsini atəşpərəstlik dini ilə də bağlayırlar.
Hər evin və binanın qarşısında tonqal qalanması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir.
Od çərşənbəsində evdə müxtəlif xörəklər bişirilməli və süfrədə bütün çərşənbələrdə olduğu kimi, şirniyyatlar olmalıdır. İnsanların inancına görə, bu, bolluq, bərəkətin olması, ilin şirin və sevinc dolu keçməsinə səbəb olur
Әlaqәli Xәbәrlәr
Türk Dövlətləri Təşkilatına üzv ölkələr “Türktransplant” sistemini yaradacaq
Azərbaycanın Şuşa şəhərində TDT Səhiyyə Nazirlərinin 4-cü toplantısı keçirilib