Xocalı qətliamı yaddaşlarda yaşadılmalı və gələcək nəsillərə ötürülməlidir

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisində  "Xocalı Qətliamının 26-cı İldönümü" adlı fotosərginin açılışında bildirdi.

919564
Xocalı qətliamı yaddaşlarda yaşadılmalı və gələcək nəsillərə ötürülməlidir

Türkiyənin Baş naziri Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisində  "Xocalı Qətliamının 26-ci İldönümü" adlı fotosərginin açılışında iştirak etdi.
 
 Yıldırım açılışda çıxış edərək, sərginin qeyri-insani bir qətliamı ən açıq şəkildə nümayiş etdirdiyini qeyd etdi, Xocalı qətliamının yaddaşlarda yaşatmağın və gələcək nəsillərə ötürməyin vacibliyini dilə gətirdi.
 
 Baş nazir dünyanın inkişaf etmiş bir sıra ölkələri tərəfindən "Erməni soyqırımı" deyə uydurulan bir məsələ ilə bağlı Türkiyəni sıxışdırma səyləri göstərildiyini bildirərək bunları söylədi: "Əgər keçmişdə bir qətliam, soyqırım olubsa, əvvəlcə, bu təşəbbüsü göstərən ölkələrin özlərinə baxmaları lazımdır. Bizim tariximizdə müstəmləkəçilik, qətliam, soyqırım yoxdur. Məzhəb, etnik toqquşma təməlli, üz qızardan bir tariximiz yoxdur. Ən rahat millət bizik, çünki 619 il üç qitədə dünyaya sülh, qardaşlıq bəxş etmişik. Bəşəriyyətin ən ali dəyərlərini bütün dünyaya göstərmişik"
 
Yıldırım Azərbaycannın Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar: "Beynəlxalq cəmiyyətdən bu bölgədəki problemlərə qarşı btərəfsiz, ikili standartlardan uzaq, həllə yönələn addımlar atmağı gözləyirik" dedi.
 
 Türkiyənin baş naziri Türkiyə, Azərbaycan və Gürcüstan millət vəkillərindən ibarət nümayəndə heyəti ilə  çox səmərəli bir görüş keçirdiklərini bildirdi, üç ölkənin regionda inkişaf etdirdiyi strateji əməkdaşlıq sayəsində Qafqazın, Orta Asiyanın təhlükəsizliyinin təmin edildiyini qeyd etdi.
 
  Yıldırım bir tərəfdən strateji əhəmiyyətə malik neft və qaz kəmərləri, dəmir yolu xətləri inşasının, digər tərəfdən də parlamentlər arasında əməkdaşlığın  davam etdiyini xatırlatdı, Qafqazın və Orta Asiyanın inkişafı və rifahının bütün regionun gələcəyi, sülhü üçün həyati əhəmiyyətə malik olduğunu ifadə etdi.



Әlaqәli Xәbәrlәr