Azərbaycanda Xocalı qətliamı qurbanları yad edilir

Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunur.

918491
Azərbaycanda Xocalı qətliamı qurbanları yad edilir

Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunur.

Əvvəl Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib. Rəsmi mərasimdə sonra abidə xalq üçün ziyarətə açılıb. 

Abidəni ziyalılar, ictimaiyyət nümayəndələri, məktəb şagirdləri, habelə sadə vətəndaşlar ziyarət edir, abidə önünə gül dəstələri düzür, faciə qurbanlarının ruhuna dualar oxuyurlar.

Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, səfirliyin əməkdaşları və Bakıdakı Türk qurum və təşkilatlarının nümayəndələri də "Ana harayı" abidəsini ziyarət edərək Xocalı qətliamının qurbanlarını yad etmişdir.

Səfir Özoral ziyarətdən sonra mətbuat mənbuslarına verdiyi açıqlamada Azərbaycan xalqının 26 ildir 613 qardaşının acısı ilə yaşadığını söyləyib.

"İtənlər və yaralananlar buna daxil deyil. Biz Türkiyə olaraq bu kədərli gündə Azərbaycanın yanında olmağa davam edəcəyik. Baş verənlər sadəcə Azərbaycanı deyil bütün Türk millətini hədəfə götürən vəhşicəsinə bir hücumdur. Bu qətliamı törədənlər artıq məhkəmə qarşısında hesabını verməlidir. bu harayımızı hər il daha da ucadan çatdıraraq Xocalıya ədalətin gəlməsi üçün əlimizdən gələni yerinə yetirəcəyik"-deyə səfir Özoral vurğulayıb. 

 



Әlaqәli Xәbәrlәr