Azərbaycan-Türkiyə təhsil əlaqələrinin genişləndirilməsinə təkan verən daha bir mühüm addım atılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) rektoru, professor Gülçöhrə Məmmədova Ankarada Türkiyənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Ortadoğu Texniki Universitetinin rektoru Mustafa Verşan Köklə görüşüb.

907660

Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq sazişi imzalanıb. Rektorlar tərəfindən imzalanan saziş iki ali təhsil ocağı arasında təhsil proqramları, təcrübə, müəllim və tələbə mübadiləsi, elmi tədqiqat, beynəlxalq konfranslar və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Sonra Türkiyə Ali Təhsil Qurumunun rəhbərləri və Bilkənt Universitetinin rektoru Abdulla Atalar ilə ayrı-ayrılıqda görüşlər keçirilib.

Bu görüşlərdə professor G.Məmmədova qardaş ölkənin müvafiq ali təhsil müəssisələri ilə ikili diplomların verilməsinin əməkdaşlıq sahəsində mühüm addım olacağına əminliyini ifadə edib. Rəhbərlik etdiyi təhsil ocağı barədə geniş məlumat verən G.Məmmədova diqqətə çatdırıb ki, AMİU-da təhsil alan 700-dək xarici tələbənin yarıdan çoxunu Türkiyədən olan gənclər təşkil edir.

Bilkənt Universiteti rəhbərliyi ilə keçirilən görüşdə bu ali məktəbin müvafiq fakültəsi ilə əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər qurulan əlaqələrin hər iki tərəf üçün faydalı olacağını vurğulayıblar.

Mənbə: AZƏRTAC

Әlaqәli Xәbәrlәr