Ermənistan hərbi birliklərinin təxribatının qarşısı alınıb

Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı Ermənistan tərəfinin növbəti təxribat cəhdinin qarşısı Azərbaycan hərbi birlikləri tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb

906471
Ermənistan hərbi birliklərinin təxribatının qarşısı alınıb

Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı.

Məlumatda bildirilir ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı Ermənistan tərəfinin növbəti təxribat cəhdinin qarşısı Azərbaycan hərbi birlikləri tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.



Әlaqәli Xәbәrlәr