Tatarıstanın “Danaflex” şirkəti Azərbaycanda tərəfdaşlar axtarır

Tatarıstanın elastik qablaşdırma materiallarının istehsalı ilə məşğul olan “Danaflex” şirkətinin nümayəndələri Bakıdadır.

897743
Tatarıstanın “Danaflex” şirkəti Azərbaycanda tərəfdaşlar axtarır

Tatarıstanın elastik qablaşdırma materiallarının istehsalı ilə məşğul olan “Danaflex” şirkətinin nümayəndələri Bakıdadır.

Nümayəndəlik şirkət təmsilçilərinin Azərbaycanın iri şirkətlərindəki potensial tərəfdaşlarla görüşlərinin təşkilinə və keçirilməsinə yardım göstərib. “Azersun Holding”, “İse land” şirkətlərində və s. bu cür görüşlər artıq baş tutub.

“Danaflex” şirkətinin nümayəndələri daimi nümayəndəlikdə də olublar. Tatarıstanın Bakıdakı daimi nümayəndəsi Alfred Zakirovla görüşdə Tatarıstan ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin inkişafına dair birgə fəaliyyət məsələləri müzakirə edilib.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr