Azərbaycan və Aİ arasında danışıqların növbəti mərhələsi fevralda keçiriləcək

Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi fevralın birinci yarısı Brüsseldə keçiriləcək.

881291

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis bildirib ki, hazırda müzakirələrin dəqiq tarixi müəyyənləşdirilir.

Aİ nümayəndəliyinin rəsmisi həmçinin qeyd edib ki, Avropa Komissiyası Nəqliyyat və mobillik üzrə baş direktorluğunun rəhbəri Henrik Hololey Aİ ilə Azərbaycan arasında aviasiya sazişi üzrə danışıqlar aparmaq üçün yanvarın 27-30-da Bakıya səfər edəcək.

apa.az

Әlaqәli Xәbәrlәr