Kıbrısda rumlar tərəfindən 1974-cü ildə qətlə yetirilən 4 şəhid üçün cənazə mərasimi keçirildi

Şəhidlərin nəşi Muratağa məscidində qılınan cənazə namazından sonra hərbi mərasimlə dəfn edildi.

878355
Kıbrısda rumlar tərəfindən 1974-cü ildə qətlə yetirilən 4 şəhid üçün cənazə mərasimi keçirildi

Rumların qətlə yetirdiyi itkin şəhidlər Dərviş Sadiq, Havva Safik Özkuyucu, Fatma Mehmet Tavukcu və Xəlil Hüseyn Karabardakın nəşləri İtkin Şəxslər Komitəsinin apardığı araşdırmalar nəticəsində ailələrindən götürülən DNT nümunələri sayəsində aşkarlandı.

Şəhidlərin nəşi Muratağa məscidində qılınan cənazə namazından sonra hərbi mərasimlə dəfn edildi.

Mərasimdə Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı, Şimali Kıbrıs Türk Sülh Qüvvələrinin komandiri general-mayor (tuğgənəral) Yılmaz Yıldırım, Təhlükəsizlik Qüvvələri komandiri general-mayor Tevik Algan və vətəndaşlar iştirak etdi.

Mərasim zamanı bəzi şəhid yaxınları duyğulu anlar yaşayaraq gözyaşlarını saxlaya bilmədilər.

Mərasimdə çıxış edən Muratağa, Sandallar və Atlılar Şəhidlərini Yaşatma Dərnəyinin sədri Əhməd Aşır Kıbrıs Sülh Hərəkatının başlandığı 20 iyul 1974-cü ildə Rum ordusunun həmin üç kəndin kişilərini yığıb əsir düşərgələrinə apardığı, kəndin müdafiəsiz qadın və uşaqların da hər cür təzyiqə məruz qaldıqlarını söylədi.

Rum və yunanların avqustun 14-də səhər radələrində uşaq və qadınları vəhşicəsinə qətl edərək kültəvi şəkildə basdırdığını dilə gətirən Aşır Rum və yunan əsgərlərinin qətliam həyata keçirərək müharibə cinayəti işlədiyini ifadə etmişdir.

Qeyd edək ki, Kıbrısdakı İtkin Şəxslər Komitəsi 1963 və 1974-cü illər arasında itkin olaraq siyahıya salınan insanların nəşlərini basdırıldıqları yerlədən çıxarılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və yaxınlarına təhvil verilməsi üçün fəaliyyətlər aparır.

Komitənin Kıbrısda davam edən fəaliyyətləri nəticəsində indiyədək 2001 olan itkin şəxsdən 700 nəfərin nəşi tapılıb.



Әlaqәli Xәbәrlәr