Bursada ‘‘Hәr İl Bir Böyük Türk’’ adlı simpozium  keçirilib

Türkiyәnin Bursa şәhәrindәki Uludağ Universitetindә  ‘‘Türk Ocaqları’’  dәrnәyinin tәşkilatçılığı ilә  ‘‘Hәr il Bir Böyük Türk’’ adlı simpozium  keçirilib.

869030
Bursada ‘‘Hәr İl Bir Böyük Türk’’ adlı simpozium  keçirilib

Türkiyәnin Bursa şәhәrindәki Uludağ Universitetindә  ‘‘Türk Ocaqları’’  dәrnәyinin tәşkilatçılığı ilә  ‘‘Hәr il Bir Böyük Türk’’ adlı simpozium  keçirilib.

Simpoziumda Türk dünyasının görkəmli yazıçılarından Qırğız yazıçısı, publisist, tərcüməçi, diplomat və siyasi xadim Çingiz Aytmatov yad edilib.

Tәdbirdә  Uludağ Universitetinin rektoru, Prof. Yusif  Ulçay, Çingiz Aytmatovun oğlu vә Qırğızıstanın keçmiş xarici işlәr naziri Askar Aytmatov, Qırğızıstanın İstanbuldakı baş konsulu Erkin Sopokov, ‘‘Türk Ocaqları’’  Bursa şöbәsinin rәhbәri Prof. Sәlçuq Kırlı iştirak ediblәr.

Simpoziumda açılış nitqi ilә çıxış edәn Çingiz Aytmatovun oğlu Askar Aytmatov Bursaya vә Uludağ Universitetinә  ilk dәfә gәldiyini qeyd edәrәk bildirib ki: "Məşhur Uludağ Universiteti haqqında çox şey eşitmişəm. Bu gün də öz gözlərimlə buna şahid oldum.  Bu tәdbirin tәşkilatçılarına minnәtdarlığımı bildirirәm. Mənə görə bu çox әhәmiyyәtli vә xüsusi tədbirdir.’’

Qeyd edәk ki, 1928-ci ilin 12 dekabr tarixindә anadan olan Çingiz Aytmatov 2008-ci ilin 10 iyun tarixindә vәfat edib.

Onun unudulmaz әsәrlәri bir çox dilә tәrcümә edilib.



Әlaqәli Xәbәrlәr