Azərbaycanda diplomatik missiyanın nümayəndələri “Marağa-150” abidəsi ilə tanış oldular

Azərbaycanın Qarabağ torpaqları və ətrafındakı 7 şəhər 30 ilə yaxındır Erməni işğalı altındadır. Ortaya çıxarılan müxtəlif sübutlar ermənilərin bu torpaqlara 19-cu əsrin ilk rübündən sonra yerləşdiklərini göstərir.

866408
Azərbaycanda diplomatik missiyanın nümayəndələri  “Marağa-150” abidəsi ilə tanış oldular

Azərbaycanın Qarabağ torpaqları və ətrafındakı 7 şəhər 30 ilə yaxındır Erməni işğalı altındadır. Ortaya çıxarılan müxtəlif sübutlar ermənilərin bu torpaqlara 19-cu əsrin ilk rübündən sonra yerləşdiklərini göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyi bu iddianı sübuta yetirən bir abidəni-“Marağa-150” Azərbaycanda vəzifə icra edən diplomatik missiyanın nümayəndələrinə tanış etdi. Ermənistan Azərbaycanın Qarabağ torpaqlarında 30 ilə yaxın müddətdir işğalını davam etdirir. Ortaya çıxan dəlillər isə ermənilərin Qarabağa iddia etdikləri kimi çox qədim dövrlərdə deyil min 800-cü illərin ikinci rübündə yerləşdiklərini ortaya qoyur.

TRT-nin Bakı Təmsilçiliyinin məlumatına görə, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa–150” abidəsi İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Çünki o, ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin əyani sübutu idi. Bu abidə, tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini təsdiqləyən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib: “Səfərdə 60-dan çox ölkənin səfirləri və diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Onlar səfər zamanı bir çox məlumatlar əldə ediblər. Söhbət zamanı bildirirlər ki, Azərbaycan hökumətinin siyasətinin əsasında insan amili durur. Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycanın təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”.

Diplomatların bir neçəsi də səfərlə bağlı təəssüratlarını bölüşüblər.



Әlaqәli Xәbәrlәr