Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq davam edir

Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq.

860900
Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq davam edir

Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq.

İclasda nümayəndə heyətləri ikitərəfli münasibətlərin vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

İclasda Türkiyəni Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi general-leytenant (korgeneral) Yavuz Türkgenci, Azərbaycan tərəfini isə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev təmsil edəcək.  

Hərbi dialoq çərçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq.

Qeyd edək ki, sonuncu 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabr ayında Ankara şəhərində keçirilib.

Sabah Türkiyənin nəqliyyat, dənizçilik və telekommunikasiya naziri Əhməd Arslan da Bakıda görüşlər keçirəcək.



Әlaqәli Xәbәrlәr