Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Azərbaycanda səfərdədir

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti  bir sıra görüşlər keçirir.

859169
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Azərbaycanda səfərdədir

Azərbaycanın Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkədə rəsmi səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüşüb.

Görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib.

Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.



Әlaqәli Xәbәrlәr