Qırğızıstanın yeni seçilən Prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasimi

Qırğızıstan Cümhuriyyətinin yeni seçilən Prezidenti Sooronbay Jeenbekov andiçmə mərasimi keçirilib.

854240
Qırğızıstanın yeni seçilən Prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasimi

Qırğızıstan Cümhuriyyətinin yeni seçilən Prezidenti Sooronbay Jeenbekov andiçmə mərasimi keçirilib.

Ölkə vətəndaşlarına müraciət edən dövlət başçısı vurğulayıb ki, istənilən yerliçiliyə, milliyyətçiliyə və qohumbazlığa qarşıdır: “Bunların dövlət idarəetmə orqanlarında yayılmasına yol verməyəcəyəm. Respublikada 100-ə yaxın etnik qrup yaşayır. Onların arasında sülh ölkənin inkişafı üçün başlıca vəzifədir”.

"Rusiya Federasiyası ilə strateji əlaqələri inkişaf etdirəcəyik, qonşu Çin ilə də eləcə. Orta Asiyadakı qonşu ölkələrlə tarixi əlaqərimiz istiqamətində əlaqələrimizi gücləndirəcəyik. Türkiyə və ABŞ ilə əməkdaşlığımız inkişaf etdiriləcək" deyə prezident dilə gətirib.

Qeyd edək ki, noyabrın 24-də Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasimi olub. Tədbirdə ictimai xadimlər, yaradıcı şəxslər, elm adamları, parlamentin deputatları, hökumət üzvləri, diplomatik təmsilçiliklərin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ümumilikdə 450 nəfər iştirak edib.

Xatırladaq ki, oktyabrın 15-də Qırğız Respublikasında keçirilən prezident seçkisində hakim partiyanın nümayəndəsi, keçmiş baş nazir Sooronbay Jeenbekov 54,81 faiz səs toplayaraq qalib gəlib.



Әlaqәli Xәbәrlәr