Təbrizlilər Vanda böyük sərmayə işlərinə başladı

Türkiyənin Van şəhərində Şərqi Anadolu İnkişaf Agentliyi (DAKA) Türkiyə ilə İran arasında tekstil əməkdaşlığını inkişaf etdirmək məqsədilə Van-İran Tekstil, Hazır Geyim və İş Adamları toplantısı keçirilib.

853496
Təbrizlilər Vanda böyük sərmayə işlərinə başladı

  Yığıncaqda İran və Türkiyə tekstil investorları bir araya gələrək fikir mübadiləsi aparıb.

  DAKA Baş katibi Xəlil İbrahim Güray çıxışında bildirib: “Agentliyimiz Van, Bitlis, Muş və Hakkaridə təqdimatlar və xaricdən gələn investorlara maliyyə dəstəyi təmin edir. Sərmayədarlıq sahəsində İrana xüsusi səhifə açmışıq. Bu ölkəyə çox əhəmiyyət veririk… Vanla İran sərhədi arasında 300 kilometrlik məsafə var. Amma biz İrandakı türklərlə (azərbaycanlılarla) ətlə dırnaq kimiyik. Biz bu ikili əlaqələrin ticarətə də fayda verməsini istəyirik. Buna görə DAKA tərkibində bir İran bölümü də təşkil etdik. Bu bölümün vəzifəsi Türkiyədə İran, İranda Türkiyə sərmayədarları arasında əlaqələr yaratmaq və möhkəmləndirməkdir”.

  İran-Türkiyə Biznes Şurasının həmsədri və Təbriz Ticarət Palatası Nümayəndələr Heyətinin üzvü Rza Kami də öz nitqində Türkiyə ilə İranın illərdir qardaşlıq və sülh içində yaşadığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr