"Azərbaycanın torpaq bütövlüyünü dəstəkləyirik", A,Nunes

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Azərbaycanda rəsmi səfərdə olan Braziliyanın xarici əlaqələr naziri Aloysio Nunes Ferreira ilə görüşüb.

848277
"Azərbaycanın torpaq bütövlüyünü dəstəkləyirik", A,Nunes
Azerbaycan_Brezilya-2jpg.jpg

Azərbaycanın arici işlər naziri Elmar Məmmədyarov bu gün Azərbaycanda rəsmi səfərdə olan Braziliyanın xarici əlaqələr naziri Aloysio Nunes Ferreira ilə görüşüb.

TRT-nin Bakı təmsilçiliyinin məlumatına əsasən, görüşdə iki ölkə arasında qurulmuş siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə edilib və ikitərəfli əməkdaşlığın keyfiyyətcə daha yuxarı müstəviyə qaldırılması üçün qarşılıqlı səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

E. Məmmədyarov A. Nunesin səfərinin Azərbaycanla Braziliya arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edib. Nazir Azərbaycanın torpaq bütövlüyünü dəstəklədiklərini, Minsk Qrupunun yürütdüyü sülh prosesinin uğurla başa çatdırılmasını arzu etdiklərini də dilə gətirib.

Braziliyalı nazir Nunes bildirib ki, səfəri ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına verdiyi dəyərin göstəricisidir və Braziliya Azərbaycanın yürütdüyü praqmatik və balanslaşdırılmış xarici siyasəti təqdir edir.

Nazirlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin, eyni zamanda Azərbaycanla Braziliya iqtisadi-ticari əlaqələrin təşviqi baxımdan Birgə İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin önəmini qeyd ediblər.



Әlaqәli Xәbәrlәr