Azərbaycan və Türkiyənin energetika nazirləri birgə layihələri müzakirə etdilər

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrakın dəvəti ilə Türkiyədə səfərdədir.

842649
Azərbaycan və Türkiyənin energetika nazirləri birgə layihələri müzakirə etdilər

Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak və Azərbaycanın energetika naziri Pərviz Şahbazov birgə həyata keçirilən enerji layihələrini müzakirə ediblər.

Bu barədə B.Albayrak "Twitter"dəki səhifəsində yazıb.

Türkiyəli nazir qeyd edib ki, görüş çərçivəsində TANAP layihəsinin icrası, həmçinin energetika sahəsində münasibətlərin inkişafı məsələləri müzakirə olunub.

Nazirlərin görüşü Ankarada keçirilib. Azərbaycanın energetika naziri Türkiyəyə B.Albayrakın dəvəti ilə səfər edib.

 P.Şahbazovun Türkiyəyə səfəri tanışlıq xarakteri daşıyır.

 

Mənbə: Trend İnformasiya Agentliyi



Әlaqәli Xәbәrlәr